[b]Ruslan Lunyovdan 3-cü çempionluq[/b]
15.05.2017 - 14:40
[b]Ruslan Lunyovdan 3-cü çempionluq[/b]

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, snayperimiz 25 metr məsafədən standart tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.

 

Lunyov bu gün keçirilən yarışda 573 xal toplayıb.

 

Təmsilçimiz qətərli Əhməd Zayed Əl-Şəmarini cəmi 4 xal qabaqlayıb. 3-cü yeri türkiyəli Özgür Varlık tutub – 562 xal.

 

Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma və eyni məsafədən sürətli atəş açmaqda da qızıl medal əldə etmişdi.