[b]Samvel Qevorqyan: 5-ci yer pis nəticə deyil[/b]
14.06.2015 - 09:43
[b]Samvel Qevorqyan: 5-ci yer pis nəticə deyil[/b]

“Roman Amoyan sona qədər mübarizə apardı. Ondan nə asılı idisə, hamısını etdi. Amma zədəsi ona mane oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Samvel Qevorqyan deyib.

 

I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çıxış edən Ermənistan idmançısı Roman Amoyan yarışları əliboş tərk edib. Bürünc medal uğrunda görüşdə həmyerlimiz Elman Muxtarovla qarşılaşan erməni güləşçisi böyük hesabla (1:9) uduzub.

 

Bununla bağlı ölkəsinin mətbuatına fikirlərini bölüşən Qevorqyan yetirməsinin məğlubiyyətini belə şərh edib: “Birinci görüşdə Romanın barmağı qırıldı. Biz onun yarışdakı çıxışından razı qaldıq. Sizi əmin edirəm ki, zədəsi olmasaydı, Amoyan vətənə mütləq medalla qayıdardı. Yarışdan sonra Roman müayinədən keçdi. O, yarışda 5-ci yeri tutdu. Bu, Avropa Oyunlarında pis nəticə deyil”.