Rusiyanın paytaxtı Moskvada keçiriləcək Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin iştirakçılarının tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sayca 10-cu dəfə təşkil ediləcək ənənəvi yarışa Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da dəvət alıb.
Turnirdə həmyerlimizin rəqibləri Vladimir Kramnik (2808), Pyotr Svidler (2745), Yan Nepomnyaşi (2740), Yevgeni Tomaşevski (hamısı Rusiya, 2431), Levon Aronyan (Ermənistan, 2795), Vişvanatan Anand (Hindistan, 2776), Aniş Qiri (Hollandiya, 2755), Li Çao (Çin, 2746) və Boris Qelfand (İsrail, 2743) olacaqlar.
9 turdan ibarət olacaq yarış sentyabrın 26-da başlayacaq və oktyabrın 6-da bitəcək. Turnirin ümumi mükafat fondu 200 min dollardı.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib