Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası birgə təşkil etdiyi G1 kateqoriyalı “Turkish open” başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa “Neftçi” İSM və “Gilan” TK-nın 38 idmançısı ilə qatılan Azərbaycan millisi 10 medala sahib olub.
Belə ki, taekvondoçularımızdan İlham Əliyev (45 kq), İlayda Kardelen (44 kq) və Gülhanım Yeşildal (55 kq) bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Nurlan Qurbanovla (45 kq) Mikayıl Əliyev (58 kq) gümüş medalla kifayətləniblər.
Yığmamıza bürünc medalları isə Ceren Özbək (46 kq), Gülsüm Gültekin (59 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev (87 kq) və Radik İsayev (87 kq) qazandırıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı