“Rəqibimlə ilk dəfə idi döyüşürdüm. Döyüşün asan keçmədiyini deyə bilərəm ki”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boksçusu Teymiur Məmmədov deyib.
91 kq çəki dərəsində çıxış edən təmsilçimiz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 1/4 final mərhələsində suriyalı Eldin Qoussuna qalib gəlib. Məmmədov qələbə qazandığı görüş haqda fikirlərini açıqlayıb: “Rəqibim çox güclü idi. Ancaq, şükür Allaha, qalib gəldim. Növbəti rəqibim türkiyəli boksçudu. Onunla illər öncə qarşılaşmışam. Bütün gücümü qoyacağam və bayrağımızı ucaltmağa çalışacağam”.
Qeyd edək ki, Teymur sabah keçiriləcək finalda türkiyəli Burak Akşinlə üz-üzə gələcək.
Etibar MƏMMƏDOV