Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında tay-brekdə İsrail təmsilçisi İlya Smirin üzərində qazanılan qələbə haqda danışıb.
O bildirib ki, israilli qrossmeysterə qarşı keçirdiyi hər iki oyun çətin olub: “Məhz buna görə onda hər şey tay-brekdə həll olundu. Təbii ki, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovla birgə 1/16 finala yüksəldiyim üçün çox şadam. Qarşıdakı mərhələlərdə də uğur qazanmaq istəyirəm. Bununla kifayətlənmək fikrində deyiləm. Əsas məqsəd iddiaçılar turnirinə vəsiqə qazanmaqdı. Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın".
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib