Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında daha bir yenilik qeydə alınıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ilk dəfə XXI əsrdə dünyaya gələn bir idmançı qızıl medal qazanıb.
Buna üzgüçülük üzrə Kanada yığmasının üzvü Penni Oleksyak nail olub.
Belə ki, o, 100 m məsafəyə sərbəst üsulla üzgüçülük yarışında hamını qabaqlayaraq, qızıl medala layiq görülüb.
Bununla Oleksyak 2000-ci il yanvarın 1-dən sonra anadan olan idmançılar arasında fərdi yarışlarda ilk Olimpiya çempionu olub. 2000-ci il iyunun 13-də Torontoda dünyaya gələn Oleksyak eyni zamanda Olimpiya rekordunu da yeniləyib.
Qeyd edək ki, Rioda 100 m sərbəst üsulla üzgüçülük yarışında Azərbaycanı təmsil edən Fatimə Alkərimova 48 idmançı arasında 41-ci yeri tutub. O, 2002-ci ildə anadan olub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib