Mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlər arasında Bakı-2015 Avropa Oyunlarının könüllüsü də olub. Apasport.az saytının məlumatına görə, həlak olanlardan biri Oyunların “Alov qoruyanlar”ı komandasında yer alan Eyvazova Ülkər Hamir qızıdı.
21 yaşlı Ülkərlə yanaşı, anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlu da faciəli şəkildə dünyasını dəyişib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu hadisədən kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, bu 3 nəfər həmçinin, Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdı.
Allah rəhmət eləsin!
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək