Xəzər Universiteti Dünya Məktəbinin idman zalında keçirilən kunq-fu coriyo üzrə respublika çempionatı sona çatıb. Apasport.az saytının məlumatına görə, yarışda 5 komandanın 100-ə yaxın idmançısı qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun 14 nəfərdən ibarət uşu komandası da çempionatda təmsil olunub və yüksək nailiyyətlər əldə edərək taolu üzrə komanda hesabında 1-ci yeri tutub.
Yarış ənənəvi olaraq 4 yaş qrupunda (12-15, 15-18, 18-35, +35) keçirilib. Klubun yetirmələri müxtəlif döyüş texnikaları üzrə mübarizə apararaq 12 qızıl və 5 gümüş medala yiyələniblər.
Onlardan Ruzi Vəliyev, Məlik Cəfərov, Fuad Cəfər və Zahid Vəliyev bütün döyüşləri qələbə ilə başa vuraraq çempionluq sevinci yaşayıblar. Xanım idmançılardan isə Aytən Vəliyeva, Elnarə Qarayeva, Gültəkin Allahverdiyeva, Leyla Əzizova və Gülsiyyə Novruzova eyni uğuru təkrarlayıblar.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib