Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib
19.09.2014 - 16:29
 Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb.

 

Söhbət əsnasında həmçinin idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.