Noyabrın 29-da və 30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və +91 kq çəki dərəcələrində növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın II turu Azərbaycan boksçuları üçün uğurlu alınıb.
Belə ki, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayev APB seriyasında özünün və ölkəmizin ilk qələbəsini qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan boksçumuz macarıstanlı Qyula Kateni 2:1 (56:58; 58:56; 58:56) hesabı ilə məğlub edib.
Bu çəkidə, həmçinin türkiyəli Onur Sipal keniyalı Rayton Okviriyə, avstriyalı litvalı Eimantas Stanionis Markos Naderə və rusiyalı Andrey Zamkovoy ukraynalı Denis Lazerevə qalib gəlib.
2 qat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da Beynəlxalq Boks Federasiyasının yeni proyektinə qələbə ilə başlayıb. Təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxan və yarışa II turdan start verən təmsilçimiz ukraynalı Sergey Verveykonu məğlub etməkdə çətinlik çəkməyib. Superağır çəkidə yığmamızın əsas üzvü adəti üzrə görüşü vaxtından əvvəl texniki nokautla bitirib.
Bu qarşılaşmadan əlavə keçirilən 3 döyüşdə Məhəmməd Arjoui (Mərakeş) Mixay Nistorudan (Rumıniya), Məhəmməd Omarov (Rusiya) Samir Əhməddən (Misir), Erik Pfeyfer (Almaniya) Toni Yokadan (Fransa) üstün olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı