Alman tennisçi Sabina Lisitski Ginnesin Rekordlar Kitabına düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə idmançı özü sosial şəbəkədəki səhifəsində bildirib.
Lisitski Ginnesin Rekordlar Kitabına qadın tennisi tarixində ən sürətli ötürməyə görə düşüb. Onun iyul ayının sonunda Stenfordda keçirilən turnirdə oyuna daxil etdiyi top saatda 210,8 kilometr sürətlə uçub. Bundan əvvəlki rekord amerikalı Vinus Uilyamsa məxsus olub. Uilyams 2007-ci ildə keçirilən ABŞ-ın açıq çempionatında topu oyuna saatda 207,6 kilometr sürətlə daxil edib.
2014-cü il ABŞ-ın açıq çempionatı öncəsi Sabina Lisitskayaya Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı müvafiq sertifikat təqdim edilib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı