Almaniyada dopinqlə mübarizə çərçivəsində qanun layihəsi hazırlanır. Apasport.azsaytının məlumatına görə, burada dopinq maddəsindən istifadə edən idmançılara 3 ilə qədər həbs cəzası verilməsi nəzərdə tutulur.
Almaniya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyində hazırlanan qanun layihəsində dopinq maddəsi istifadə və üsullarla mübarizə edilməsi, idmançıların səhətinin qorunması, yarışlarda bərabər imkanların və ədalətin təmin olunması, idmanın bütövlüyünü qorunmasının hədəfləndiyi ifadə edilib.
Əgər idmançılar yarışlarda dopinqdən istifadə etsələr bunun cinayət sayılacağı bilidirlir.
Qanun layihəsində xüsusi təşkilat olan Milli Dopinq ilə Mübarizə Agentliyi (NADA) idmançıların fərdi məlumatlarını qeyd edəcək. Bu agentlik ilə məhkəmə arasında məlumat mübadiləsi olacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı