Andre Meyer: Bakı-2015 böyük oyunlar vəd edir
26.02.2015 - 14:03
Andre Meyer: Bakı-2015 böyük oyunlar vəd edir

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında voleybol yarışları elə ilk gündən azarkeşləri özünə cəlb edəcək. Apasport.az saytının məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer açıqlayıb.

 

O bildirib ki, Azərbaycanda qitənin ən güclüləri bir araya gələcək və hələ ilkin qrup mərhələsində böyük oyunlar baş tutacaq: “Bakıda mübarizə aparacaq Avropanın ən güclü komandalarının tam siyahısı və qrupu müəyyənləşib. Qrupların bu cür tərkibi artıq ilk mərhələdə bəzi böyük oyunlar vəd edir. Bunun üçün biz Avropa Oyunlarını kimi möhtəşəm yarışı səbirsizliklə gözləyirik. Voleybol Bakıdakı yarışın vacib məqamlarından biri olacaq”.

 

Qeyd edək ki, qadın və kişilərdən ibarət Azərbaycan millilərinin ev sahibi kimi qatılacağı Bakı-2015-də qitənin ən reytinqli yığmaları mübarizə aparacaqlar.