Basketbolun 3X3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa Oyunlarına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Daşkənddə keçirilən beynəlxalq turnirə qatılan komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.
Belə ki, 5 oyunda rəqiblərinə qalib gəlməkdə ciddi müqavimətlə üzləşməyən basketbolçularımız artıq yarımfinala vəsiqə qazanıb. Komandamızın qrup mərhələsində nəticələri aşağıdakı kimidi:
Azərbaycan – “TİS OULs” (Özbəkistan) – 21:2
Azərbaycan – “Snou Leopards” (Qazaxıstan) – 21:4
Azərbaycan - KİKA (Özbəkistan) – 14:13
Azərbaycan – DYUSŞOR-7 (Özbəkistan) – 20:14
Azərbaycan – “Almalik” (Özbəkistan) – 20:18
Qələbələrimizdə əsas pay sahibləri millimizin üzvləri - Aleksandra Mollenhauer və Tatyana Deniskina olub.
Qeyd edək ki, turnirdə 12 komanda 2 qrupda mübarizə aparır.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq