Bakı-2015 ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Apasport.az saytının xəbərinə görə, oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub.
Dan yeri sökülərkən məşəl BMX üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov qəbul edib.
Dağ Velosipedi parkında isə məşəldar rolunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək