Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin beynəlxalq turnirdə də iştirakına qadağa qoyulub. Bu barədə apasport.az saytına məlumatı yığmamızın sabiq baş məşqçisi Vahid Nəzərov verib.
O bildirib ki, yeniyetmələrdən ibarət komandamız Türkiyənin Konya şəhərində ənənəvi keçirilən beynəlxalq turnirə dəvət alsa da, yarışa yollanmayacaq. Bu isə dopinq qalmaqalına görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının cəzası ilə bağlı deyil.
Nəzərovun sözlərinə görə, millimizi yarışa dəvət edən təşkilatçılar bütün xərcləri üzərilərinə götürsələr də, Azərbaycan Ağır Atletika Federasiyası bunun əleyhinədir. Bu səbəbdən də komandamız daim iştirak etdiyi yarışdan kənar qalacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı