Beynəlxalq Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr üçün açıqlanan yeni siyahıda Azərbaycan millilərinin cəmi 5 snayperi yer alıb.
Belə ki, ölkəmiz güllə atıcılarının cədvəlində yenə İradə Aşumova ilə Ruslan Lunyovla təmsil olunur. Hər 2 atıcımız 25 m məsafəyə atəşaçma yarışlarında mövqelərini yaxşılaşdırıblar. Onlar müvafiq olaraq, 21-ci (+4) və 18-ci yerə yüksəliblər. Lakin 10 m məsafədən nişan almada Lunyov mövqeyini qoruduğu halda (54), Aşumova 2 rəqibini özündən irəli buraxaraq, 86-cı pilləyə düşüb.
Stend atıcılarımızdan ən yaxşı göstərici Nurlana Cəfərovaya məxsusdu. O, 11 pillə irəliləməklə, 15-ci yerə qalxıb. Emin Cəfərov da mövqeyini xeyli yaxşılaşdırıb. O, Qəbələdə keçirilən Dünya Kubokunda 5-ci olmaqla, 54 pillə önə keçib və hazırda 19-cudur.
Skit növündə mübarizə aparan digər idmançımız - Zemfira Meftahətdinova da geriləməyib. Olimpiya çempionumuz yenə 46-cıdır.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı