Bakı-2015: Belarus yığmadı Bakıya iyunun 9-da gələcək
11.04.2015 - 12:45
Bakı-2015: Belarus yığmadı Bakıya iyunun 9-da gələcək

Belarus Milli Olimpiya Komitəsində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq üzrə İşçi Qrupun yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev və ölkəmizə gələcək nümayəndə heyətinin rəhbəri Dmitri Donqalyonok da iştirak ediblər.

 

Tədbirdə qeyd olunub ki, belaruslu idmançılar Bakı-2015-ə 22 növ üzrə 157 lisenziya qazanıb. Ölkəmizə əsas heyətlə gələcək Belarus millisinin yekun heyəti mayın əvvəlində açıqlanacaq.

 

Bu ölkənin nümayəndə heyətinin ilk təmsilçiləri isə iyunun 9-da Bakıya gələcək. Belaruslu mütəxəssislər Avropa Oyunlarında 35 medal qazanmağı proqnozlaşdırır.