Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Böyük Britaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə gələcək idmançılar arasında titullu atletlər də yer alıb.
Heyətdə olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver kimi tanınmış simalar da var. Böyük Britaniya təmsilçiləri iyunun 12-28-də keçiriləcək I Avropa Oyunlarında 19 idman növü üzrə mübarizə aparacaq.
Bu idman növlərindən 10-u 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır. Avropa Oyunlarında iştirak edəcək britaniyalıların nümayəndə heyətinin rəhbəri Mark İnqlend yarışın əhəmiyyəti haqda fikirlərini açıqlayıb: “Bu yarış çox böyük fürsətdir. İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclüləri ilə mübarizədə özlərini sınayacaqlar. Onlar belə idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar və eyni zamanda Olimpiadaya doğru addım atacaqlar”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq