Beynəlxalq Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunları “Ulduz Elçi” proqramının təqdimatı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanın məşhur sənətçiləri İlk Avropa Oyunları üçün ulduz elçi olacaqlar.
Bunlar Tünzalə Ağayeva, Röya, Eldar Qasımov və Nigar Camal, Bəhram Bağırzadə, Rafael və Coşqun, Murad Dadaşov və başqaları daxildi. Ulduz Elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq oyunların təbliğ olunmasında iştirak edən elçilərə uğurlar arzulayıb: “Bizə göstərdikləri dəstəyə görə ulduz elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik”.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"