Baş vermiş qəzaya baxmayaraq Avstriya komandası yarışda iştirak edəcək
11.06.2015 - 22:22
Baş vermiş qəzaya baxmayaraq Avstriya komandası yarışda iştirak edəcək

Avstriya yığması ümid edir ki, sinxron üzgüçülük üzrə milli komanda üç idmançının xəsarət almasına baxmayaraq birinci Avropa Oyunlarında çıxış edə biləcək. APA-nın məlumatına görə, bu barədə “TASS”-ın müxbirinə Avstriya Milli Olimpiya Komitəsinin nümayəndəsi Volfqanq Eyxler bildirib.   

 

Qeyd edək ki, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza  baş verib.

 

Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.  

 

“Hadisənin baş verməsinə baxmayaraq, komanda yarışlarda çıxış edəcək”, deyə Eyxler qeyd edib.  

 

 Sinxron üzgüçülük üzrə yarış iyunun 12-də keçiriləcək.