Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı xəbər verib.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq, beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009, 2013-cü illər, həmçinin 2 dəfə Avropa Çempionatında 3-cü və 2-ci yerlər (2007-2011-ci illərdə ) Dünya Kubokunda iştirakına razılıq verib.
Xatırladaq ki, sentyabr ayının 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. Dünya Kubokunda 128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək