Dünya çempionatının açılış mərasimi - FOTO - VİDEO
12.06.2014 - 22:45
Braziliyanın San-Paulu şəhərində futbol üzrə dünya çempionatının açılış mərasimi başa çatıb. Apasport.az saytının məlumatına görə, ağzına qədər dolan stadionda minlərlə könüllü azarkeşləri milli rəqslər və səhnələşdirilmiş tamaşalarla əyləndirib.
Açılış mərasimi təxminən 25 dəqiqə davam edib. Rəsmi himnin səsləndirilməsindən əvvəl çempionatın ev sahibi Braziyanın dövlət bayrağı meydana gətirilib. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. Maraqlıdır ki, açılış mərasiminə tədbirdə iştirakdan kənarlaşdırıldığı iddia edilən Cennifer Lopez də qatılıb.
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
0
0