AİBA 2015-ci ildə Qətərin paytaxtı Dohada keçiriləcək boks üzrə dünya çempionatının supervayzerinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı il Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyacaq yarışda polşalı Adam Kusior supervayzer olacaq.
Kusyor AİBA İcraiyyə Komitəsinni üzvüdü.
Qeyd edək ki. əvvəlcədən supervayzerin italiyalı Franko Falçinelli olacağı gözlənilirdi. Dünya çempionatı bu il oktyabrın 5-dən 18-ə kimi keçiriləcək.
Xatırladaq ki, boksçularımız Qazaxıstanda keçirilən son dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanıblar. Məhəmmədrəsul Məcidov (+91) və Cavid Çələbiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Teymur Məmmədov isə (91 kq) 3-cü yerə layiq görülüb.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq