Braziliyanın “Korintians” klubunun oyunçuları ölkə kubokunun 1/32 final mərhələsində “Formula 1” yarışlarının əfsanəvi braziliyalı pilotu Ayrton Sennanın xatirəsini yad ediblər. Apasport.az saytının məlumatına görə, futbolçular meydana idman dəbilqəsində çıxıblar.
Aksiya Sennanın 20 il əvvəl İmole trasında faciəli ölümünə həsr olunub. Oyun San-Paulu komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Aryton Senna “Formula 1” yarışında 1988, 1990 və 1991-ci illərdə dünya çempionu titulunu qazanıb. O, 1994-cü il mayın 1-də San-Marino Qran-prisi uğrunda yarışda 314 kilometr sürətlə divara çırpılaraq həlak olub. Ayrton Senna öləndə, onun 34 yaşı olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı