Yüngül atletika üzr ikiqat olimpiya çempionu, şüvüllə tullanmaq üzrə hazırkı dünya rekordçusu Yelena İsinbayeva böyük idmana qayıdacaq. Apasport.az saytının məlumatına görə, idmançının məşqçisi bildirib ki, İsinbayeva uşaq dünyaya gətirdikdən sonra idmana qayıdacaq.
Yevgeni Trofimov bu məsələdə olimpiya çempionunu dəstəklədiyini söyləyib: “Mən onun qərarını tam dəstəkləyirəm. İdmana qayıdacağı vaxtı məşqləri bərpa edəndən sonra deyəcəyik. Hazırda o, uşaq gözləyir və səhhəti çox yaxşıdır”.
Yelena İsinbayeva açıq havada üçqat, qapalı arenada dördqat dünya çempionudur. O, 28 dünya rekordunun müəllifidir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı