Məşhur idmançıdan gözlənilməz qərar
12.02.2015 - 22:25
Məşhur idmançıdan gözlənilməz qərar

Qolf tarixinin ən məşhur idmançılarından olan Tayqer Vuds gözlənilməz qərar verib. Apasport.az saytının məlumatına görə, dünyanın ən çox pul qazanan qolfçularından olan amerikalı bir müddət sevdiyi oyundan uzaqlaşacağını açıqlayıb.

 

O, qolfdan iyrəndiyini deyib: “Bu andan etibarən, qolfa ara verirəm. Öz oyunumu heç bəyənmirəm. Çox pisəm. Bir müddət istirahət edib, sonra daha çox çalışıb, geri qayıdacam”.

 

Qeyd edək ki, Tayqer Vuds “Forbes” jurnalının son açıqladığı dünyanın ən çox qazanan idmançılarının siyahısının ilk “10-luğ”unda qərarlaşıb.