“Azərbaycanlı qardaşlarım bürünc medal uğrunda erməni ilə görüşdə mənə dəstək verdilər. Onların hamısına minnətdaram. Azərbaycanlı azarkeşlərin hesabına yaxşı görüş keçirdim”. Bunu apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Metehan Başar deyib.
Bakıda keçirilən I Avropa Oyunlarında 85 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Maksim Manukyanı məğlub edib.
Başar bildirib ki, erməni güləşçi ilə görüşdə azərbaycanlı azarkeşlərin ona xüsusi dəstək verəcəyindən xəbərdar olub: “Bu, mənə əlavə ruh yüksəkliyi verdi və bu amin oyuna öz təsirini göstərdi. Erməni güləşçini Bakıda məğlub edəcəyimə əmin idi”.
Türkiyə idmançısı I Avropa Oyunlarının təşkilatçılığının çox yüksək səviyyədə olduğunu da qeyd edib: “Xüsusən Azərbaycanda güləşə olan münasibət daha yüksəkdi”.