Millimiz Buxarestdə ippona düşdü
22.09.2014 - 09:46
Gənc cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan yarışa 10 idmançı ilə yollanan Azərbaycan millisi cəmi 1 gümüş medal qazanıb.
Bu mükafatı komandamıza 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov qazandırıb. O, finalda gürcüstanlı Beka Qviniaşviliyə ipponla uduzub.
Qeyd edək ki, millimiz komanda hesabında 40 ölkə arasında 18-ci yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0