Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan millisinin idmançıları da rəqiblərini tanıyıblar.
Həmyerlilərimizdən ən çətin rəqib Şahin Qəhrəmanovun qismətinə düşüb. O, ilk qarşılaşmasında Olimpiya və 3 qat dünya çempionu İlias İliadislə qarşılaşacaq.
Qeyd edək ki, millimiz martın 25-27-də təşkil olunacaq yarışa 13 idmançı sifariş etsə də, son anda heyətdə dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) Tiflisə yollanan komandada yer almayıb.
60 kq
Vüqar Şirinli – Asif Bağırov (Belarus)
Elbrus Zamanov – Denis Biliçenko (Ukrayna)
66 kq
Telman Vəliyev – Yeldos Jumaxanov (Qazaxıstan)
73 kq
Fəqan Quluzadə - Məhəmməd Alharbi (Səudiyyə Ərəbistanı)
81 kq
Ziya Namazov – Səid Mollaei (İran)
Rüstəm Alimli – Tom Rid (Böyük Britaniya)
90 kq
Tural Səfquliyev – Mixael Zqank (Sloveniya)
Şahin Qəhrəmanov – İlias İliadis (Yunanıstan)
100 kq
Elmar Qasımov – Jaba Mumladze/Soyub Kurbonov (Özbəkistan)
Elxan Məmmədov – Domeniko di Quida/İvan Remarenko (BƏƏ)
+100 kq
Uşanqi Kokauri – Ruslan Abdrazakov (Qazaxıstan)
48 kq
Aişə Qurbanlı – Kimberli Reniks (Böyük Britaniya)