“Qarabağ” hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın V turunda AZAL-ın qonağı olacaq komanda günə 1 məşqlə kifayətlənir.
Ağdam klubu milli oyunlar səbəbindən tam heyətlə çalışa bilmir. Komandada fərqli yığmalara gedən futbolçuların olması məşqlərin tam heyətlə baş tutmamasına səbəb olur.
Belə də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən əsas komandaya dəvət edilib.
Bir sözlə, komanda ümumlikdə 15-16 futbolçunun iştirakıyla məşqlərini davam etdirir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı