Rio-2016: Dopinq nəzarəti gücləndirilir
01.08.2016 - 18:25
Rio-2016: Dopinq nəzarəti gücləndirilir

Rio-2016-da dopinq nəzarəti əvvəlki olimpiadalarla müqayisədə daha sərt olacaq. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

 

O bildirib ki, Braziliyada 5500 idmançının dopinq testi götürüləcək. Bunun 1000-i qanın yoxlanması vasitəsilə həyata keçiriləcək.

 

Bu rəqəmlər son iki analoji yarışla müqayisədə daha yüksəkdi. 2008 və 2012-ci ildəki olimpiadalarda daha az dopinq yoxlanışı gerçəkləşmişdi.