“I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Onların necə keçəcəyindən asılı olaraq, həmçinin Oyunların gələcək taleyi asılıdır. Düşünürəm ki, tezliklə Rusiya da bu Oyunların keçirilməsinə maraq göstərəcək”. APA-nın məlumatına görə, bunu Bakıda Azarkeşlər evində Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bəyan edib.
Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə kampaniyanın aparılmasına gəldikdə isə A. Jukov qeyd edib ki, Oyunlar öncə çoxları xırda detallara, xüsusən də siyasi detallara fikir verirlər.
“Yarışlar başlayan kimi siyasi qarışıqlıq və kolliziyalar unudulacaq. Sizdə hər şey yaxşı olacaq”, - deyə o vurğulayıb.
Öz növbəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana 34 ölkənin prezidenti səfər edəcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək