Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində bu gün "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib. Apasport.az saytının məlumatına görə, ardıcıl 4-cü ildir baş tutan yürüşdə müxtəlif yaş qrupuna aid 150-dən artıq həvəskar velosipedçi iştirak edib.
Yürüşü izləyənlər arasında Sumqayıt şəhər İH-nin başçısı Eldar Əzizov da olub. İştirakçılar Sumqayıt küçələri ilə 10 km məsafə qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yürüşün qalibləri pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı