Serbiya Milli Olimpiya Komitəsi Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək 79 idmançının ilkin siyahısını ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, medal qazanacağı ümid edilən idmançılardan biri 67 kq çəki dərəcəsi üzrə 2012-ci il London Olimpiya Oyunlarının qalibi Milika Mandikdi.
Onun adı da komandaya daxil edilib. Serbiyanın boksçulardan ibarət qrupunda Jelena Jelik (60 kq), Lidija Marjanovik (64 kq) və Aleksandr Drenovak (75 kq) yer alıblar. 21 yaşlı idmançı İvana Jandrik Serbiyanın 68 kq çəki dərəcəsində sambo üzrə yarışacaq yeganə qadın idmançısıdı.
Bu ölkəni Suya tullanma yarışında Mihajlo Kuruk təmsil edəcək, veteran Romana Karan isə Bakı 2015-də qılıncoynatma üzrə gücünü sınayacaq. Komandaya həmçinin dağ velosiped idmanı üzrə 23 yaşlı Jovana Krnoqorak, eləcə də cüdo üzrə 2013 Avropa Çempionatında 90 kq çəki dərəcəsində beşinci yeri tutmuş 23 yaşlı Aleksandr Kukolj daxil edilib.
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq