Ukrayna Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək Avropa Oyunlarına gələcək idmançıların sayını rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun İcraiyyə Komitəsinin iclası paytaxtımıza gələcək 243 nəfərlik siyahını təsdiqləyib.
Ukraynalılar Avropa Oyunlarının proqramına daxil olan 20 idman növündə təmsil olunacaqlar. Yeganə istisna III divizion komandalarının mübarizə aparacağı atletikadı ki, burada da yalnız 1 dəst medal öz sahibini tapacaq.
Ukrayna MOK-unun prezidenti Sergey Bubka Avropa Oyunlarını möhtəşəm yarış adlandıraraq, bu buradakı uğurun dəyərini vurğulayıb: “Çox xoşdu ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası olacaq. İdmançılarımız idman tarixinin yeni səhifəsini yazacaqlar. Avropa Oyunlarında Ukraynanı çox güclü komanda təmsil edəcək. Say hesabı ilə təxminən Yay Olimpiya Oyunlarındakı heyətə bərabərdi. İdmançılarımızın ən yaxşı nəticələri göstərmək üçün var qüvvələrini sərf edəcəyinə əminəm. İnanıram ki, onların idman nailiyyətləri şərəfinə Bakıda dəfələrlə Ukrayna bayrağı qalxıb, himnimiz səslənəcək. Əldə olunan hər idman uğuru bütün ölkənin sevinib, fəxr etməsinə əsas verir. Biz komandamızın hər bir üzvünə inanırıq və birgə Ukrayna millisinə azarkeşlik edəcəyik”.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də olacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək