Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2015” beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.
”Shamkir Chess-2015”də mübarizə aparan 10-cu zəka sahibi İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.
Qeyd edək ki, “Synergy Group ASC”nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.
“Synergy Group” davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə verir.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq