“Məqsədimiz azı üç medal və bundan əlavə azı beş idman növündə son səkkiz komanda sırasına daxil olmaqdı”. Apasport.az saytının məlumatına görə, bunu Norveçin Bakı-2015 nümayəndə heyətinin şef-de-missionu Tore Ovrebo deyib.
O bildirib ki, Norveçi güləş, karate, boks, velosiped idmanı, kamandan oxatma, triatlon və atıcılıq idman növləri üzrə təmsil edən idmançılar fəxri kürsüyə yüksəlmək potensialına malikdilər. Həmçinin, Rio-2016 Olimpiya Oyunları üçün atıcılıq və triatlon idman növləri üzrə kvota yerləri Bakı-2015-də qazanıla bilər: “Norveç komandası üçün məqsəd Bakıda iki kvota yeri tutmaqdı. Yığmamız istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Bəzi idman növləri Bakıya medal qazanmaq potensialı olan idmançılarla gedir. Digərləri təcrübə qazanmaq və gələcək böyük iddialar üçün bünövrə qoymaq üçün yollanırlar”.
Şef-de-mission iyunda Bakıda təşkil olunacaq Avropa Oyunlarını həmçinin ölkənin bəzi gənc idmançıların inkişaf prosesinin bir hissəsinə çevriləcəyini vurğulayıb: “Avropa Oyunları gənc idmançılar, xüsusən üzgüçülük idmanındakı azyaşlılar üçün müstəsna inkişaf arenası olacaq”.
Ovrebonun sözlərinə görə, azyaşlılar arasında ruh yüksəkliyini artırmağa da çalışırlar: “Federasiya və elit idmançıların hazırlanmasına görə məsuliyyət daşıyan Olympiatoppen razılaşırlar ki, Avropa Oyunlarında azyaşlılar qarşısında hədəflər qoyulmamalıdı. Əsas məqsəd ruh yüksəkliyi, motivasiya, öyrənmək və inkişaf olmalıdı”.
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq