“Yenidən Bakıda olmağımdan məmnunam”. Lent.az-ın məlumatına görə, bunu taekvondo üzrə olimpiya və dünya çempionu Sərvət Təzəgül deyib.
26 yaşlı idmançı bildirib ki, mayın 1-də Bakıda start götürəcək Avropa çempionatı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına gedən yolda önəmli mərhələ rolunu oynayacaq: “Çünki burada reytinq sistemi var. Avropa çempionatında səhvlərimizi görərək, gələcək yarışlarda aradan qaldıracağımıza ümid edirəm”.
Qeyd edək ki, Sərvət Təzəgül 68 kq çəki dərəcəsində 2011-ci ildə dünya çempionu, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarının qalibi olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı