Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov APA-ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.
Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun nəşi bu gün Azərbaycana yola salınıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı