Uruqvay yığmasının kapitanı Dieqo Luqano İngiltərə yığması ilə oyunda iştirak edə bilməyəcək. Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi sol dizində ağrı hiss edib və məşqə çıxa bilməyib.
Tibbi müayinə zamanı isə cərrah müdaxiləsinə ehtiyacın olduğu üzə çıxıb. “Fənərbaxça”nın sabiq oyunçusunun bərpası üçün isə müəyyən vaxta ehtiyac var.
Qeyd edək ki, Oskar Tabaresin komandasında “Liverpul”un ulduz hücumçusu Luis Suaresin İngiltərəyə qarşı oynaya biləcəyi dəqiqdir. O, Kosta-Rikaya 1:3 hesabı ilə yenildikləri matçda zədəli olduğu üçün ehtiyatda qalmışdı.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı