Qətərdə keçirilən şahmatçıların açıq ölkə çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa geniş heyətlə qatılan Azərbaycan millisinin heyətində mükafatçılar sırasında yer alan olmayıb.
Belə ki, şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli (2621) göstərib. Qrossmeysterimiz 9 oyundan 6,5 xal toplayaraq, 150 nəfər arasında 5-ci yeri tutub.
Digər həmyerlilərimizdən Eltac Səfərli (2628) 6 xalla 18-ci, Şəhriyar Məmmədyarov (2757) 5,5 xalla 28-ci, eyni xala malik Rauf Məmmədov (2652) 36-cı, Qədir Hüseynov (2592) 5 xalla 45-ci, Zeynəb Məmmədyarova (2241) 4,5 xalla 89-cu, Günay Məmmədzadə (2316) isə 3 xalla 130-cu olub.
Qeyd edək ki, çempionatın qalibi adına Durarbəylidən 1 xal çox toplayan Yanqyu Yu (Çin, 2705) layiq görülüb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı