Martın 14-də Xocahəsən Veloparkında dağ velosipedi üzrə açıq Federasiya Kuboku yarışı keçiriləcək. Velosiped Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul edəcək bu məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib gücünü sınaya bilər.
Əgər yığma məşqçilərinin diqqətini cəlb edib Azərbaycan milli komandasının heyətinə düşmək sevincini yaşamaq istəyirsinizsə, o halda sizi Federasiya Kubokunda gözləyirik!
Qeydiyyat prosesi martın 14-ü, səhər saat 10:00-da başlanacaq. Saat 11:00-da isə yarışa start veriləcək. Marşrutun uzunluğu 13,5 km-dir (3 dairə x 4,5 km)
Maraqlananlar (012) 566-74-88 nömrəli telefona zəng edib federasiyanın idman şöbəsi ilə əlaqə saxlaya bilər!
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq