Vitali Buts “Tour d’Azerbaidjan-2014”dəki uğurundan danışdı
11.05.2014 - 15:04
Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts “Tour d’Azerbaidjan-2014”də uğurlu çıxışını şərh edib. Apasport.az saytının məlumatına görə, 5 mərhələnin yekununa əsasən yarışın ən yaxşı sprinteri seçilən idmançı göstərdiyi nəticədən razı qalıb.
O bildirib ki, yaşıl formaya sahib olmasında komanda yoldaşlarının da əvəzsiz rolu var: “Biz yaxşı nəticə göstərdik. Yarışı mənim üçün uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynəyi əldə etdim. Çalışacağam ki, mövsümü də belə uğurla bitirəm”.
Qeyd edək ki, “Kolss” “Tour d’Azerbaidjan-2014”də komanda hesabında birinci yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0