İtaliyada keçirilən stend atıcılığı dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Lonatoda təşkil edilən mundiala 8 snayperlə yollanan Azərbaycan millisi medal qazana bilməyib.
Komandamızın heyətində ən yaxşı nəticəni Nurlana Cəfərova göstərib. Skit növündə hədəf önünə keçən həmyerlimiz 61-ci olub. Digər təmsilçilərimizdən Emin Cəfərov 84-cü, Fuad Qurbanov 131-ci (hər ikisi skit), Elvin İsmayılov 81-ci, Əli Hüseynli 140-cı (hər ikisi trap) yeri tutub. Skit növündə mübarizə aparmalı olan digər idmançımız Paşa Əhədpur isə qeyri-müəyyən səbəbdən starta çıxmayıb.
Gənclərin yarışında isə Niyaz Ağazadə (skit) 53-cü, Əlimirzə Quliyev (trap) 64-cü olub.
Qeyd edək ki, mundialda 92 ölkədən 807 idmançı iştirak edib.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib