“Keçən il Azərbaycan D-8 təşkilatına üzv qəbul edildi və ölkəmiz bu qısa müddət ərzində böyük yol qət edib”.
Apasport.az xəbər verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda açılışı keçirilən D-8 Gənclər Dialoqunda deyib.
Onun sözlərinə görə, yaradılması planlaşdırılan mərkəzlər D-8 prosesində daha fəal iştirakın təmin olunmasına xidmət edəcək:
“Hal-hazırda üç yeni D-8 mərkəzinin yaradılması istiqamətində addımlar atırıq. Bu mərkəzlər iqlim, media və nəqliyyat sahələrini əhatə edəcək. Oktyabr ayında D-8 həftəsi keçirilmişdir. Texnologiya sürətlə inkişaf edir və bu prosesdə gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Təşkilatın 9 üzvündən biri olaraq, gənclərin potensialı bizim üçün strateji əhəmiyyət kəsb edir. Türkiyədə COP31-in keçirilməsi nəzərdə tutulur. Bu platformada 350 milyon gəncdən söhbət gedir – onlar dəyişikliklərin memarları və bizim gələcəyimizdir. Bununla yanaşı, Azərbaycanda 13-cü Urban Forum keçiriləcək və bu tədbir şəhərsalma, davamlı inkişaf və gənclərin bu proseslərdəki roluna mühüm töhfə verəcəkdir”.
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
- Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
- Yüksək Liqada təyinatlar açıqlanıb