[b]Yanuzay və Ben-Yussef ən yaxşı oldu [/b]
29.06.2018 - 00:21
[b]Yanuzay və Ben-Yussef ən yaxşı oldu

[/b]

DÇ-2018-in qrup mərhələsinin son qarşılaşmalarının ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İngiltərə ilə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan belçikalı Adnan Yanuzay mükafata layiq görülüb.

 

G qrupunun autsayderləri Panama və Tunisin oyununda isə Fəxrəddin Ben-Yussef fərqləndirilib. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atıb.