Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Apasport.az xəbər verir ki, tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.
Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.
İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib