Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında "Zəfər kuboku" keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan güləşçiləri yarışın son günündə 7 medal qazanıblar.
Sərbəst güləşçilərin mübarizəsində 65 kq. çəkidə İsa Yusibov çempion olub. Məhəmməd Abbaszadə (80 kq) və İsmayıl Kərimov (110 kq) gümüş, Hüseyn Məmmədtağızadə (80 kq) isə bürünc medal əldə edib.
Yunan-Roma güləşində Orxan Hacıyev (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emil Abdullayev (65 kq) ikinci, onunla eyni çəkidə yarışan İsbəndiyar İmanov isə üçüncü yeri tutub.
Qadın güləşində Zəhra Kərimzadə (73 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, yığmamız “Zəfər kuboku”nda 21 medal qazanıb. Millimiz həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında 2-ci olub.
- İdman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb